FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib - FOTO - VİDEO

FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası

© APA | FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası

# 25 yanvar 2022 13:23 (UTC +04:00)

25 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, komissiya sədrinin müavini fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb. İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR