FHN Gəncədəki hərbi hissədə yoxlama tədbiri keçirib - FOTO

FHN Gəncədəki hərbi hissədə yoxlama tədbiri keçirib - FOTO
# 11 noyabr 2022 11:52 (UTC +04:00)

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə FHN-in Mülki müdafiə qoşunlarının Gəncə şəhərində yerləşən “N” sayli hərbi hissəsində növbəti yoxlama tədbiri həyata keçirilib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Xəbərə görə, yoxlama tədbirləri zamanı hərbi hissənin fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş hazırlığı və nizam-intizamı, xidmətin təşkili, sıra hazırlığı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir hazırlığı üzrə bilik səviyyələrinin artırılması, şəxsi heyətin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, keçirilən dərslərin keyfiyyətlə aparılması, texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, tibbi təminat və mənəvi-psixoloji sahədə görülmüş işlər, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr diqqət mərkəzində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR