FHN generalı: Son ana qədər qardaş Türkiyənin yanında olacağıq

Məhərrəm Həsənov

© APA | Məhərrəm Həsənov

# 06 fevral 2023 17:03 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik şəxsi heyəti Adana şəhərinə çatıb.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov deyib.

O bildirib ki, FHN-in Adanaya çatmış çevik xilasetmə qüvvələrindən ibarət heyət zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün hadisə yerinə yola düşür: "Fəsadların aradan qaldırılmasında Azərbaycan xilasediciləri son ana qədər qardaş Türkiyənin yanında olacaq. Sona qədər fəaliyyət göstərəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR