FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib - VİDEO

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib - VİDEO
# 12 sentyabr 2022 12:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Gecə vaxtı nəqliyyat qəzaları zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Praktiki təlim zamanı xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə şərti avtomobil qəzası zamanı avtomobillərdə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri xilas ediblər”.

Uğurla icra edilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR