FHN-in Modul tipli hospitalının əməkdaşları mükafatlandırılıb - FOTO

FHN-in Modul tipli hospitalının əməkdaşları mükafatlandırılıb

© APA | FHN-in Modul tipli hospitalının əməkdaşları mükafatlandırılıb

# 30 dekabr 2021 16:09 (UTC +04:00)

Dekabrın 30-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin nəzdində yaradılmış Modul tipli hospitalda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, mərasimdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak edib.

Tədbirdə çıxış edən nazir müavini Faiq Tağı-zadə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid Azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi məqsədilə atdığı tarixi addımlardan danışıb. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏIiyevin hər bir azərbaycanlının Prezidenti olaraq apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafına nail olunduğunu və dünya ölkələri arasında o cümlədən səhiyyə sisteminin inkişafı üzrə öncül yerlərə sahib olduğunu vurğulayıb. F.Tağızadə respublikamızda son illər digər sahələrdə olduğu kimi tibb sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi diqqətdən danışan F.Tağı-zadə hazırda dünyada geniş yayılmış koronavirus infeksiyasının qarşısının alınması istiqamətində respublikamızda görülən işlərdən bəhs edib. O, ölkə rəhbərliyinin dünyanı bürümüş koronavirus bəlası ilə mübarizə çərçivəsində atdığı müdrik addımlardan biri kimi Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul tipli hospitalının qısa müddətdə ərsəyə gətirilib istifadəyə verilməsini xüsusi qeyd edib.

Sonra nazir müavini fədakar fəaliyyətlərinə görə hospitalın personalına təşəkkür edib və onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Sonda Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə fəaliyyətlərində fərqləndiklərinə görə təltif olunmuş hospitalın bir qrup əməkdaşına medallar, habelə FHN işçilərinin Həmkarlar İttifaqının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR