FHN-in nümayəndələri Koreya Respublikasında keçirilən təlimdə iştirak ediblər

FHN-in nümayəndələri Koreya Respublikasında keçirilən təlimdə iştirak ediblər
# 23 sentyabr 2023 13:14 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasının Sejong şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşəbbüsü ilə “Təbii fəlakətlər üzrə erkən xəbərdarlıq sistemi” mövzusunda keçirilən təlimdə iştirak ediblər.

FHN-dən APA-ya bildirilib ki, təlim proqramının təşkilində məqsəd müxtəlif xarakterli fövqəladə hadisələr zamanı idarəetmə qərarlarının qəbulu və icrasının təşkili, qəbul olunmuş planların reallaşdırılması, yaranmış əməliyyat şəraitinin təhlili və fövqəladə hallarla mübarizə üzrə digər istiqamətlər barədə təcrübə mübadiləsinin aparılmasından ibarət olub.

Təlim iştirakçılarına yuxarıda göstərilən istiqamətlər üzrə mühazirələr keçirilib, həmçinin Koreya Geoloji və Mineral Ehtiyatlar İnstitutunun nəzdində Zəlzələ araşdırma mərkəzi və Koreya Su Resursları Korporasiyasına səfərlər təşkil edilib, qurumların fəaliyyəti barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, təlim proqramını müvəffəqiyyətlə başa vurmuş iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR