FHN-in Qarabağ Regional Mərkəzində qərargah məşqi keçirilib

FHN-in Qarabağ Regional Mərkəzində qərargah məşqi keçirilib
# 29 iyul 2022 14:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı və Nazirliyin Qarabağ Regional Mərkəzinin koordinatorluğu ilə iyulun 27-28-də Mərkəzin və onun əhatə etdiyi ərazidə yerləşən FHN-in qurumlarının struktur bölmələri ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda birgə qərargah məşqi keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, birgə qərargah məşqinin keçirilməsində əsas məqsəd Qarabağ Regional Mərkəzinin əhatə etdiyi ərazidə əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və effektli qərarların qəbul olunması, əhalinin vaxtında xəbərdar edilməsi, zamanında zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üzrə rəhbər və zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də ərazidə fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyasının daha da yaxşılaşdırılması olub.

Birgə qərargah məşqi zamanı verilən əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Məşqin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, yaranan suallar cavablandırılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR