FHN-in Regional mərkəzlərində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilib

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir

© APA | Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir

# 10 may 2022 18:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirlərdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolundan, onun xilaskarlıq missiyasından danışıb, memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, ölkəmizin indiki və gələcək nəsilləri üçün ən dəyərli örnəkdir.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin dəyərli və qətiyyətli idarəçilik bacarığından, xalqı qarşısında əvəzsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan söhbət açılıb. Vurğulanb ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edərək müqəddəs ata vəsiyyətini yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla dalğalanır.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR