FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib
# 27 yanvar 2022 21:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müvafiq müfəttişliklərinin mütəxəssisləri lift və digər qaldırıcı qurğuların quraşdırılmasını və montajını həyata keçirən şirkətlərin nümayəndələri ilə görüşüblər.

Tədbirdə liftlərin quruluşu və təhlükəsiz istismarı sahəsində beynəlxalq qaydaların və standartların təhlili, bu işə nəzarətin həyata keçirilməsində zəruri olan qaydaların təkmilləşdirilməsi sahəsində fikir mübadiləsi aparılıb.

Yaşayış və qeyri yaşayış obyektlərində liftlərin təhlükəsiz istismarının təşkil olunmasında birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa və "Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları"na əsasən yaşayış və qeyri yaşayış binalarında quraşdırılan liftlər və digər qaldırıcı qurğulara nəzarət, onların texniki yoxlamalardan keçirilməsi işini həyata keçirir.

Belə ki, istifadəçinin müraciəti əsasında qurğuların texniki pasportu Agentlikdə qeydiyyata alınır və qurğu yalnız Agentliyin mütəxəssisləri tərəfindən texniki müayinədən keçirildikdən sonra istismarına icazə verilir.

Mütəxəssislər tərəfindən qurğuların təhlükəsiz istifadəsinin təmin olunmasına nəzarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR