FHN-in Şimal-qərb Regional Mərkəzində birgə qərargah məşqi keçirilib - FOTO

FHN-in Şimal-qərb Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

© APA | FHN-in Şimal-qərb Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

# 17 sentyabr 2022 11:49 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsi tərəfindən Şimal-qərb Regional Mərkəzi və onun əhatə etdiyi ərazidə yerləşən nazirliyin qəza-xilasetmə qurumları ilə birgə qərargah məşqi keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, birgə qərargah məşqinin keçirilməsində əsas məqsəd şimal-qərb regionunda əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və operativ qərarların qəbul olunması və əhalinin vaxtında xəbərdar edilməsi üzrə şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ərazidə fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyasının daha da yaxşılaşdırılması olub.

Məşqin gedişində əsas diqqət fövqəladə hallar zaman qarşılıqlı fəaliyyət və əməliyyat planlarının reallığının yoxlanılması, qurumların birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına yönəlib.

Uğurla icra edilən məşqdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR