FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib
# 16 sentyabr 2022 12:45 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi əhatə etdiyi ərazidə yerləşən Nazirliyin müvafiq xilasetmə qurumlarının iştirakı ilə təlim keçirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimə Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb edilib.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması, o cümlədən hündürmərtəbəli binalardan, sel, torpaq sürüşməsi və digər fəlakət zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin qurumlararası qarşılıqlı fəaliyyətin təşkili üzrə təcrübənin artırılmasından ibarət olub.

Təlim zamanı xüsusi texnika və avadanlıqlardan istifadə etməklə “hündürmərtəbəli binalardan zərərçəkmişlərin” təxliyəsi, eləcə də “təhlükəli vəziyyətdə”, o cümlədən “dağıntılar altında qalmış yaralıların, su hövzələrində köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin” xilas edilməsi kimi əməliyyatlar icra olunub.

Uğurla həyata keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR