FHN-in Şimal Regional Mərkəzində Türkiyədən dəvət olunmuş psixoloqlarla görüş keçirilib

FHN-in Şimal Regional Mərkəzində Türkiyədən dəvət olunmuş psixoloqlarla görüş keçirilib
# 01 dekabr 2022 11:00 (UTC +04:00)

44 günlük Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gələn qardaş Türkiyə Respublikasının peşəkar psixoloqlar qrupu ilə FHN-in Şimal Regional Mərkəzinin əməkdaşlarının görüşü keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd Mərkəz əməkdaşlarının, o cümlədən xilasedicilərin fövqəladə hadisələrlə mübarizə zamanı mənəvi-psixoloji hazırlığının daha da təkmilləşdirilməsi olub.

İnteraktiv formada keçirilən görüşdə Nazirliyin Tibb mərkəzinin psixoloqu kapitan Dilbər Əlixanovanın iştirakı ilə türkiyəli psixoloqlar qrupu Şimal Regional Mərkəzinin əməkdaşları ilə psixoloji söhbətlər aparıb və sualları cavablandırıblar.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR