FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məsələlərinə dair müşavirə keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məsələlərinə dair müşavirə keçirib
# 24 sentyabr 2022 12:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunda mülki müdafiə vəziyyətinin kompleks yoxlanılmasına dair müşavirə keçirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müşavirənin keçirilməsində məqsəd mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması istiqamətində Xızı rayonu ərazisində fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, o cümlədən yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsindən ibarət olub.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun əhatə etdiyi ərazidəki idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiəyə cavabdeh şəxsləri (qərargah rəisləri) iştirak ediblər.

Müşavirədə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rafiq Həsənov mülki müdafiə işində səmərəliliyin daha da artırılması məqsədilə xüsusi diqqət yetirilməli məqamlar barədə geniş məlumat verib, bu sahədə qurumlararası qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Müşavirədə rayonda mülki müdafiə işinin təşkili ilə bağlı məsələlər geniş müzakirə olunub, yaranmış suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR