FHN-in tibb xidməti kapitanı: Bu gün Türkiyəyə uçan təyyarədə hərbi hospital və həkim heyəti gedir

Qurban Eyvazov

© APA | Qurban Eyvazov

# 07 fevral 2023 09:41 (UTC +04:00)

"Bildiyiniz kimi, cənab Prezidentin göstərişi və tapşırıqlarına əsasən FHN-in yardımlarından təşkil olunmuş təyyarələr qardaş Türkiyə Respublikasına yardıma gedib. Bu gün uçan təyyarədə FHN-in bütün yardım və ləvazimatlarla təmin edilmiş hərbi hospitalı və həkim heyəti gedir”.

Bunu APA-ya açıqlamada FHN-in tibb xidməti kapitanı Qurban Eyvazov deyib.

Qurban Eyvazovun sözlərinə görə, hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub: “Həmçinin FHN-in hazırda gedən heyəti 34 nəfərlik tibbi və 7 nəfərlik qeyri-tibbi heyətdən ibarətdir".

O, yola düşən qrupun adından Türkiyəyə başsağlığı verib, ölənlərə rəhmət, yaralılara şəfa diləyib.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR