Türkiyədə FHN-in xilasediciləri tərəfindən 37 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

Türkiyədə FHN-in xilasediciləri tərəfindən 37 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO
# 09 fevral 2023 08:42 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

APA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR