FHN-in xilasedicisi: Sonacan qardaş Türkiyənin yanında olacağıq - VİDEO

FHN-in xilasedicisi: Sonacan qardaş Türkiyənin yanında olacağıq - VİDEO
# 08 fevral 2023 13:39 (UTC +04:00)

“Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün buradayıq”.

Bunu APA-nın Türkiyəyə ezam olunan müxbirinə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşı Tural Rzayev deyib.

O bildirib ki, hazırda Kahramanmaraşda Heydər Əliyev prospektində zəlzələ nəticəsində çökən 7 mərtəbəli binada axtarış işləri aparırlar: “Bu binada bir meyit aşkarlanıb, bir nəfərin də sağ olma ehtimalı var, onun xilas edilməsi istiqamətində işlər görülür”.

FHN əməkdaşı qeyd edib ki, sonacan qardaş Türkiyənin yanında olacaqlar, əməliyyatları davam etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR