FHN maarifləndirmə tədbirləri keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri

© APA | Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri

# 23 aprel 2022 15:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

APA FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayonu A. Mirzəyev adına Nəmirli kənd və G.Kərimov adına Gursulu kənd ümumi orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul rayon Pirsaat qəsəbə tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon Ağbulaq kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Dağlı kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu Qarabulaq kənd ümumi orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Göyçay şəhər 3 saylı tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR