FHN metroda təlim-məşq keçirib

“Bakı Metropoliteni” QSC-də təlim-məşq

© APA | “Bakı Metropoliteni” QSC-də təlim-məşq

# 25 aprel 2022 17:01 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin Nəqliyyat və Xüsusi Texnika Departamentinin “Avtomexanikləşdirmə kolonu”nda təlim-məşq keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlimin mövzusu “Avtomexanikləşdirmə kolonu”nun anbar sahəsində baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra FHN-in müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR