FHN Milli Hidrometeorologiya Xidmətinin binasında təlim keçirəcək

FHN Milli Hidrometeorologiya Xidmətinin binasında təlim keçirəcək
# 31 may 2022 13:46 (UTC +04:00)

Bu gün saat 15:00-da Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti, 10 ünvanında yerləşən Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında yanğın-taktiki təlim keçiriləcək.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatında deyilir.

Qeyd oluntb ki, təlimin keçirilməsində məqsəd yanğın təhlükəsizliyinin təmin edilməsi və yanğınlarla mübarizə üzrə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə hallar, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkar hazırlığının daha da artırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR