FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO

FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO
# 22 sentyabr 2023 10:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Nazirlikdən APA-ya verilən məlumatda bildirilib ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

"Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq", məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR