FHN silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO
# 30 iyul 2022 14:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Nazirliyin Şimal-qərb Regional Mərkəzi tərəfindən Ismayıllı Rayon Mərkəzi Xəstəxanasının Lahıc qəsəbə Ailə Sağlamlıq Mərkəzində və “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Heydər Əliyev Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhər 33 saylı Yol idarəsində, Sumqayıt Regional Mərkəzi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Sumqayıt şəhər Vərəm xəstəxanasında, maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR