FHN tərəfindən türkiyəli mütəxəssislərlə birgə Naxçıvanda da psixoloji yardım göstərilir - VİDEO - YENİLƏNİB

FHN tərəfindən türkiyəli mütəxəssislərlə birgə Naxçıvanda da psixoloji yardım göstərilir - VİDEO  - YENİLƏNİB
# 09 yanvar 2023 14:34 (UTC +04:00)

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə psixoloji yardım işi həyata keçirir.

FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə, Türkiyəli psixoloqlarla birgə yanvarın 9-dan etibarən Naxçıvan şəhərində də (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 116, Naxçıvan Muxtar Respublika Xəstəxanasının binası) müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım işinə başlanılıb. Ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Qeyd edək ki, psixoloji yardım işi Naxçıvan şəhəri ilə yanaşı, Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində də davam etdirilir.

***

13.31

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar psixoloqlar Naxçıvanda psixoloji yardım işinə başlayıblar.

Bu barədə APA-nın Naxçıvan bürosuna Muxtar Respublikanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Azərbaycan FHN-in dəvəti ilə Türkiyədən gəlmiş 4 psixoterapevt burada yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə müvafiq tibbi xidmət göstərirlər.

Azərbaycan FHN-in təşkilatçılığı, Naxçıvan MR Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən müayinələr MR Xəstəxanasında aparılır.

Müayinələr daha sonra muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdiriləcək.

Qeyd edək ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən Azərbaycana gəlmiş peşəkar psixoloqlar FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən fəaliyyətlərini davam etdirirlər.

Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz psixoloji yardım həyata keçirilib. Vətəndaşlar FHN-in “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Ceyhun Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR