FHN Zaqatalada müşavirə keçirib

FHN Zaqatalada müşavirə keçirib
# 20 may 2022 12:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Şimal-qərb Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə “Zaqatala rayonunda təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin təşkili, qarşıya çıxan problemlərin həlli” mövzusunda seminar-müşavirə keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqaladə Hallar Komissiyasinn sədri Tofiq Əhmədov çıxış edərək rayon ərazisində fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.

Daha sonra FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və Şimal–qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Saqiq Bəkirli təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin aparılmasının vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini diqqətə çatdıb və müvafiq təkliflər veriblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavabladırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR