Finlandiyalı ekspert: “Hava proqnozu doğru verilməsə, kənd təsərrüfatı inkişaf edə bilməz”

Finlandiyalı ekspert: “Hava proqnozu doğru verilməsə, kənd təsərrüfatı inkişaf edə bilməz”
# 28 oktyabr 2022 10:37 (UTC +04:00)

"Milli hidrometeorologiya sahəsinə qoyulmuş bir dollar investisiya cəmiyyət üçün 10 dollarlıq mənfəət verir".

APA xəbər verir ki, bunu "Milli Ekoloji Monitorinq Sisteminin təkmilləşdirilməsi” tvinninq layihəsinin Finlandiya üzrə rəhbəri Harri Pietarila deyib.

O bildirib ki, əgər hava proqnozu doğru verilməsə, təyyarələr enə, kənd təsərrüfatı sektoru inkişaf edə bilməz:

"Bir çox sahələrdə hava haqqında məlumatın sistemli şəkildə verilməsi olduqca vacibdir. Bunun əsas tərkib hissəsi isə erkən xəbərdarlıq sistemidir. Bizim əsas strategiyalarımızdan biri məlumatlarımızın hər kəs üçün açıq olmasıdır. Layihənin icrası üçün 3 əsas komponent var. Bunlardan birincisi hüquqi bazanın hazırlanmasıdır. Bu sahədə xərc, bərpa xidmətləri üçün dəyişikliklərə ehtiyac var. Onun üçün də müəyyən inkişaf strategiyası üzərində işləyirik.

Digər tərəfdən xidmətləri müasirləşdirərkən, hansı texnikaya nə qədər ehtiyac olub-olmadığı qiymətləndirilməlidir. Nəhayət məlumatların hansı formada çatdırılması layihədə öz əksini tapıb. Bundan başqa xidmətləri müasirləşdirərkən, avtomatlaşdırarkən qurumun potensialını da gücləndirmək lazımdır. Bunun üçün işçilərə mütəmadi təlimlər keçilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR