Fitosanitar sertifikatların elektron mübadiləsi ilə bağlı iki ölkə ilə razılıq əldə olunub

Fitosanitar sertifikatların elektron mübadiləsi ilə bağlı iki ölkə ilə razılıq əldə olunub
# 24 may 2022 11:23 (UTC +04:00)

Fitosanitar sertifikatların elektron mübadiləsi ilə bağlı Rusiya və Belarusun müvafiq qurumları ilə ilkin razılıq əldə olunub.

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə elektron sistemlərin inteqrasiyası artıq həyata keçirilir:

"Eyni zamanda 33 ölkə ilə müvafiq hökumətlərarası komissiya çərçivəsində hazırlanan protokollara, bitki sağlamlığı məsələlərinə dair qarşılıqlı əməkdaşlığı əks etdirən müddəalar əks olunub",- deyə Elxan Mıkayılov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR