Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb
# 04 oktyabr 2022 13:50 (UTC +04:00)

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Fizika üzrə 2022-ci il Nobel mükafatı qalibləri fransız fizik, kvant optikası üzrə mütəxəssis Alain Aspect, kvant mexanikası üzrə ixtisaslaşmış amerikalı fizik John F. Clauser və kvant informasiyası sahəsində çalışan avstriyalı alim Anton Zeilinger olub.

Onlar bu mükafata “Bell bərabərsizliklərinin pozulmasını təyin edən və Kvant məlumat elmi olan dolaşıq fotonlara dair təcrübələr üçün” layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR