Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 9 iyun 2023-cü il tarixdə Qobustan şəhərində, Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Qobustan və Şamaxı rayonları sakinlərinin qəbulu keçiriləcək.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, qəbula gələn vətəndaşların qeydiyyatı 8 iyun 2023-cü il tarixdə Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]