Fövqəladə hallarda davranış qaydaları barədə maarifləndirmə tədbirləri keçirilib - FOTO

Maarifləndirmə tədbiri

© APA | Maarifləndirmə tədbiri

# 13 avqust 2022 15:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

APA FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Çaykənd kənd Ailə Sağlamlıq mərkəzində və Sarısu kənd tibb məntəqəsində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Statistika İdarəsində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron–Xızı Regional Təhsil İdarəsinin Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR