Fövqəladə hallarda davranış qaydaları ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO

Fövqəladə hallarda davranış qaydaları ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO
# 17 sentyabr 2022 12:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Pirvahid kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR