Fövqəladə hallarla bağlı qərargah məşqi keçirilib - FOTO

Fövqəladə hallarla bağlı qərargah məşqi keçirilib - FOTO
# 30 sentyabr 2022 15:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində FHN-in Baş əməliyyat idarəsinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Regional Mərkəzin fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, məşqin keçirilməsində əsas məqsəd əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və operativ qərarların qəbul olunması və əhalinin vaxtında xəbərdar edilməsi üzrə şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ərazidə fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyasının daha da yaxşılaşdırılması olub.

Məşq zamanı Mərkəzin əhatə etdiyi ərazilərdə baş vermiş şərti fövqəladə hadisə nəticəsində yaranmış şərait, cəlb olunan qüvvə və vasitələr barədə qərargaha əməliyyat məlumatları çatdırılıb. Həmçinin, keçirilən məşqdə yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, əhalinin köçürülməsi, zərərçəkmiş insanların həyat təminatının bərpası və digər zəruri məsələlərlə bağlı simulyasiya xarakterli tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR