Fransada yaşayan təbrizli hüquq müdafiəçiləri Ağdamda olublar - FOTO - YENİLƏNİB

Fransada yaşayan təbrizli hüquq müdafiəçiləri Ağdamda olublar - FOTO  - YENİLƏNİB
# 28 noyabr 2022 14:20 (UTC +04:00)

Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçiləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Çələbiani Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Ağdam şəhərinə səfər zamanı ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələri, minalanmış ərazilərə baxış keçiriblər. Daha sonra yeni inşa olunan çoxmərtəbəli binaların tikintisi ilə tanış olublar.

Qonaqlar Pənahəli Xanın İmarət kompleksini, Xurşidbanu Natəvanın məzarını, Ağdam Cümə Məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdən (Şuşa istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə gələn qonaqlar Ağdamın Baş Planı ilə tanış olublar. Onlara hazırda rayonda gedən tikinti-quruculuq işləri barədə məlumat verilib.

Hazırda Fransada yaşayan Təbriz əsilli azərbaycanlı hüquq müdafiəçiləri Ağdamdan sonra Şuşa şəhərinə, Füzuli və Cəbrayıla səfər edəcəklər.

***

12.14

Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçiləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

APA-nın xəbərinə görə, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Çələbiani Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Ağdama gəliblər.

Onlar ilk olaraq Ağdamkəndin xarabalıqları ilə tanış olublar.

Qonaqlar gün ərzində erməni vandallığına məruz qalmış digər əraziləri ziyarət edəcək, Azərbaycan dövlətinin apardığı təmir-bərpa işləri ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR