Fuad Nəcəfli Türkiyənin Naxçıvandakı konsulluğunda olub

Fuad Nəcəfli Türkiyənin Naxçıvandakı konsulluğunda olub
# 08 fevral 2023 12:22 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.

Fuad Nəcəfli konsulluqda zəlzələ qurbanlarının xatirəsinə yaradılmış guşəyə MR ictimaiyyəti adından əklil qoyub.

Fuad Nəcəfli qardaş Türkiyəyə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR