Gecə vaxtı qəzalar zamanı xilasetmə mövzusunda təlim keçirilib - FOTO

Gecə vaxtı qəzalar zamanı xilasetmə mövzusunda təlim keçirilib - FOTO
# 05 oktyabr 2022 16:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi “Gecə vaxtı nəqliyyat qəzaları zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlimin keçirilməsində məqsəd Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə şərti avtomobil qəzası zamanı avtomobillərdə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri xilas ediblər”.

Uğurla icra edilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR