Gələn ay şəhid ailələrinə daha 170 mənzil veriləcək

Gələn ay şəhid ailələrinə daha 170 mənzil veriləcək
# 11 noyabr 2022 16:49 (UTC +04:00)

“Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri düz deyil. Bu günə kimi 4000 evin 1000-i regionlarda verilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur: “Lakin burada yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə bu fərq ortaya çıxır. Dekabr ayı üzrə 3 rayonda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR