Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat olacaq

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat olacaq
# 09 dekabr 2022 11:17 (UTC +04:00)

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR