Gələn ildən əmək pensiyasının minimum məbləği 240 manat olacaq

Gələn ildən əmək pensiyasının minimum məbləği 240 manat olacaq
# 29 dekabr 2021 16:03 (UTC +04:00)

Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.

Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR