"Gənc xilasedici və yanğınsöndürən" birinciliyinin qalibləri mükafatlandırılıb - FOTO

"Gənc xilasedici və yanğınsöndürən" birinciliyinin qalibləri mükafatlandırılıb - FOTO
# 29 iyun 2022 14:38 (UTC +04:00)

İyunun 29-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, FHN işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika Birinciliyinə yekun vurulub.

APA-nın yerli bürosunun xəbərinə görə Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə bir həftə davam edən bu yarışlarla bağlı FHN-in hazırladığı videoçarx nümayiş etdirilib.
Mükafatlandırma mərasimində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Bəkirli, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri, Qəbələ rayonunun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov qalib komandaları təbrik edib, yarışın əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.
Məlumat verilib ki, ənənəvi olaraq hər il keçirilən "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika Birinciliyi 3 ay ərzində bölgələrdə keçirilən rayon, zona və final mərhələsindən ibarətdir. Bu il Qəbələdə keçirilən final yarışında zona birinciliklərinin qalibi olmuş 15 komanda, eləcə də 60 şəhidin övladı iştirak edib. İyunun 24-dən 29-dək keçirilən final mərhələsində Quba, Hacıqabul, Qəbələ, Mingəçevir, Gəncə, Şuşa, Cəlilabad, Sumqayıt və Bakı şəhəri 31, 220, 229, 295 saylı tam orta məktəblərin, şəhid uşaqlarının komandası, Şüvalanda yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 2 nömrəli respublika xüsusi internat məktəbinin komandası, Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin komandası mükafat uğrunda mübarizə aparıb. Yarışlarda komandalar "Maneələr zolağı”, "Kombinə edilmiş yanğın estafeti”, "Axtarış-xilasetmə işi”, "Komandaların təqdimatı” və "Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Bakı şəhəri 31 nömrəli tam orta məktəbin komandası 1-ci yerə, Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbin komandaaı 2-ci yerə, Gəncə şəhər 14 nömrəli tam orta məktəbin komandası 3-cü yerə layiq görülüb.
Bədii hissə ilə davam edən tədbirdə ilk üç yeri tutan komandalara kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, şəhid övladlarına və digər komandaların üzvü olan şagirdlərə isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR