Gəncə avtomobil zavodu ilə Belarus müəssisələri arasında müqavilə imzalanıb - FOTO

Gəncə avtomobil zavodu ilə Belarus müəssisələri arasında müqavilə imzalanıb - FOTO
# 19 may 2022 13:38 (UTC +04:00)

Gəncə şəhərində səfərdə olan Belarus Baş naziri Roman Qolovçenko Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub.

APA-nın yerli bürosunun məlumatına görə, Birliyin Müşahidə Şurasının sədri Xanlar Fətiyev müəssisənin fəaliyyəti barədə Belarus nümayəndə heyətinə məlumat verib. Qeyd olunub ki, 2006-cı ildə ölkə başçısı İlham Əliyevin Belarus respublikasına rəsmi səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müəssisədə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. Bu günə qədər müəssisədə 12200-ə yaxın 8 modeldə traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə istifadəyə verilib.

Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir. Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-cı ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar” zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, “Qomselmaş”, “Belkommunaş” açıq tipli səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Zavodumuzda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımını həyata keçirilir.

Müəssisə ilə yaxından tanışlıqdan sonra Belarus Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Gəncə avtomobil zavodu İB-i və Belarus müəssisələri arasında əməkdaşlıq memorandumu və müqavilə imzalanıb. İlkin olaraq traktorların komplekləşdiricilərinin alınması məqsədilə Gəncə Avtomobil Zavodu İB nin direktoru Bağban Nəbiyev və Minsk Traktor Zavodunun direktoru V. Vovk sənəd imzalayıb.

Sonra Belarusun “Qomselmaş” şirkətinin direktor müavini D. Afanasyev və Gəncə avtomobil Zavodu İB nın direktoru Bağban Nəbiyev iki müəssisə arasında niyyət memorandumunu imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR