Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yeni müdir təyin edilib.
APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov əmr imzalayıb. Əmrə əsasən, Məhərrəmov Samir Xəqani oğlu şöbə müdiri vəzifəsinə təyinat alıb.
Samir Məhərrəmov bu təyinata qədər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının Təcili yardım şöbəsinin həkimi olub.