Gəncə İH başçısı şəhid ailələri və qazilərlə görüşüb - FOTO

Gəncə İH başçısı şəhid ailələri və qazilərlə görüşüb

© APA | Gəncə İH başçısı şəhid ailələri və qazilərlə görüşüb

# 25 yanvar 2022 18:12 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələrinin və qazilərin müraciətini dinləyib.

İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, görüş, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçılarının və bələdiyyə sədrlərinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə baş tutub.
Fərdi qaydada keçirilən qəbulda şəhid ailələri və qazilərin, o cümlədən müharibə iştirakçılarının müraciətləri tək-tək dinlənilib. Müraciətlər əsasən maddi yardımın, müalicə üçün köməkliyin göstərilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, həmçinin təhsil, səhiyyə və digər sosial müdafiə məsələlərini əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR