Gəncə İH-nin təltif olunan əməkdaşlarına medallar təqdim edilib

Gəncə İH-nin təltif olunan əməkdaşlarına medallar təqdim edilib
# 01 fevral 2023 17:26 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlət başçısının müvafiq sərəncamı ilə təltif olunan şəxslərə medalları təqdim edib.

Gəncə İH-dən APA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin iki əməkdaşı - İradə Atai "Tərəqqi", Natiq Binnətov isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunublar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov həmin medalları əməkdaşlara təqdim edib.

Daha sonra Niyazi Bayramov dövlət qulluğunda uzun müddət çalışan və təqaüd yaşına çatan əməkdaşlar Rəşid Əmiraslanova və İradə Ataiyə xoş arzularını çatdırıb, onlara uğurlar arzulayıb.

Onlar da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda xatirə şəkli şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR