Gəncə terrorundan zərər çəkənlərə əlavə vəsait ayrılacaq

Gəncə terrorundan zərər çəkənlərə əlavə vəsait ayrılacaq
# 11 noyabr 2022 13:49 (UTC +04:00)

Ermənistanın Vətən müharibəsi dövründə Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkənlərə bərpa işləri ilə bağlı vəsaitlər ayrılıb.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bununla bağlı müəyyən işlər görülür: “Bu işlə bağlı yenə də vəsait ayrılması nəzərdə tutulur və tutulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR