Gəncə Yanğından Mühafizə İdarəsində təlim keçirilib - FOTO

Gəncə Yanğından Mühafizə İdarəsində təlim keçirilib - FOTO
# 04 iyun 2022 12:01 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin xilasetmə dəstəsi ilə birgə “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, təlim Gəncə şəhər Yanğından Mühafizə İdarəsində keçirilib.

Təlim yanğından mühafizə idarəsinin xilasetmə dəstəsi ilə Mərkəzin xüsusi xilasetmə hissəsinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş “hündürmərtəbəli bina”da əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” təxliyə edib, onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.

Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR