Gəncədə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icrası davam edir

Gəncədə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icrası davam edir
# 12 sentyabr 2022 19:43 (UTC +04:00)

Gəncə şəhərinin içməli su və çirkab su xətləri sistemlərinin yenidənqurulmasını hədəfləyən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin növbəti mərhələsinin icrasına başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, icrasına 2011-ci ildə başlanılan layihənin 4-cü mərhələsi üzrə işlər 2020-ci ilin sonlarında müvəqqəti dayandırılmışdı. Prezident İlham Əliyevin layihənin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişinə əsasən layihə üzrə işlər cari ilin sentyabr ayının əvvəlindən bərpa edilib.

Hazırda sözügedən işlər Gəncə şəhərinin Təbriz, Pərviz Səmədov və Şota Rustaveli küçələrində həyata keçirilir.

Qeyd edək ki, işlər "Azərsu" ASC-nin sifarişi ilə “Maqro Construction” MMC və “AKM Yapı Taahhüt Sanayi ve Ticaret" Şirkəti tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR