Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçiriləcək

Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçiriləcək
# 26 sentyabr 2022 19:46 (UTC +04:00)

Sentyabrın 27-də saat 11:30-da Gəncə şəhərinin Şəhidlər xiyabanında Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçiriləcək.

Gəncə İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, saat 12:00-da Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədi ilə 1 dəqiqəlik sükut elan olunacaq.

Şəhidlər xiyabanında təşkil olunan ümumşəhər tədbirinin davamı olaraq, Gəncənin Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazi (“Qələbə” parkı) ziyarət olunacaq. Daha sonra isə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr olunan ağacəkmə aksiyası təşkil olunacaqdır. Ağacəkmə aksiyası Gəncə şəhərinin Nizami Gəncəvi prospektində (Bakı-Gəncə yolunda) baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR