Gəncədə avtoxuliqanlıq edənlər saxlanılıb - VİDEO

Gəncədə avtoxuliqanlıq edənlər saxlanılıb - VİDEO
# 29 noyabr 2022 11:14 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, aralarında Vətən müharibəsi iştirakçılarının da olduğu bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Həmin sürücülər saxlanılaraq avtomobilləri duracağa yerləşdirilib, nəqliyyat vasitələrindəki qanunsuz dəyişikliklər aradan qaldırılıb və sürücülər barəsində qanuni tədbir görülüb. Qeyd edilib ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də analoji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.

Bundan başqa, Yol polisi əməkdaşlarının apardıqları mütəmadi monitorinq-profilaktiki tədbirlər zamanı avtomobilinə konstruksiya dəyişikliyinə görə daha əvvəl 11 dəfə inzibati məsuliyyətə cəlb olunan şəhər sakini Orxan Qasımovun yenə də idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozması məlum olub. Növbəti dəfə də saxlanılan sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə O. Qasımov 8 sutka inzibati həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR