Gəncədə bayram namazı qılınıb - FOTO

Gəncədə bayram namazı qılınıb - FOTO
# 02 may 2022 14:02 (UTC +04:00)

Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də bayram namazı qılınıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən xəbərə görə, bayram namazı şəhərin “İmamzadə” ziyarətgahı və bütün məscidlərində eyni vaxtda səhər saat 08:00-da başlayıb.

“İmamzadə” ziyarətgahında qılınan bayram namazında Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk də iştirak edib.

Bayram namazından sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun ailəsinə dualar oxunub, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət, bolluq arzulanıb. İnsanlar bir-birlərini İslamın iki əsas bayramından biri olan Ramazan bayramı münasibətilə təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR