Gəncədə hamilə qadın dərmandan zəhərlənib

Gəncədə hamilə qadın dərmandan zəhərlənib
# 05 dekabr 2021 08:29 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı adlanan yaşayış massivində baş verib.

1991-ci il təvəllüdlü Z.Ələkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, qadın özü bilərəkdən dərman içib. Səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR