Gəncədə intihara cəhd edən məktəb direktoru işdən çıxarılıb

Gəncədə intihara cəhd edən məktəb direktoru işdən çıxarılıb
# 05 noyabr 2022 09:32 (UTC +04:00)

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva vəzifəsindən azad olunub.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumatı APA-ya təsdiqləyiblər.

Qeyd edilib ki, Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Qarayeva Mətanət Ələsgər qızı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 20 oktyabr 2022-ci il tarixdən ləğv edilib.

Qeyd edək ki, bir müddət öncə Mətanət Qarayevanın təhsil idarəsinin təzyiqləri səbəbindən intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdı. Lakin regional idarə müvafiq araşdırma apardıqdan sonra direktorun təzyiqlərə məruz qalması haqda məlumatların həqiqəti əks etdirmədiyini, eyni zamanda məktəbdə bir sıra pozuntular aşkar edildiyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR