Gəncədə küçə ticarətinə qarşı reyd keçirilib - FOTO

Gəncədə küçə ticarətinə qarşı reyd

© APA | Gəncədə küçə ticarətinə qarşı reyd

# 07 yanvar 2022 13:13 (UTC +04:00)

Gəncə şəhərində küçə ticarəti ilə bağlı monitorinq keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Baş Polis İdarəsinin rəisi, general-mayor Teymur Hacıyev və aidiyyatı qurumların rəhbərləri Gəncənin mərkəzi küçələrində topdan və pərakəndə satışla məşğul olan obyektlərin sahibləri ilə profilaktiki söhbətlər edib, lazımı göstərişlər veriblər. Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Şəhər rəhbərliyi həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR